Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək
20:55 11 Avqust 2020
Sabah Gürcüstandan daha 279 nəfər Azərbaycana təxliyə ediləcək.
Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, təxliyə edilənlərdən 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya və 1-i Ukrayna vətəndaşıdır.
Təxliyə edilənlər 11 avqust tarixində Tbilisidə COVID-19 testindən keçiriliblər və nəticələr gün ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək.
Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar 12 avqust tarixində saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından ayrılmış xüsusi ayrılmış 5 avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yollanacaqlar. Təxliyə edilənlər Azərbaycanda karantinə alınmayacaqlar.
Oxunub: 1024
Oxşar xəbərlər
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstandan Azərbaycana gələn yük avtomobillərində siqaretlər aşkarlanıb
- Baş infeksionist: “Gürcüstandan Azərbaycana peyvənd vurdurmaq üçün gedənlər var”
- Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək
- Gürcüstandan daha 97 Azərbaycan vətəndaşı təxliyə edilir
- Gürcüstandan 320 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir
- Daha 250-yə yaxın azərbaycanlı Gürcüstandan təxliyə olunur
- Azərbaycan daha 200 vətəndaşını Gürcüstandan təxliyə edəcək
- Gürcüstandan 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək
- Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə..."