Karantin qaydalarını pozan kafe aşkarlandı
10:32 12 Avqust 2020
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Habil” kafesinin karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.
Obyektə baxış zamanı həmin kafeni icarə əsasında işlədən Yusif Hüseynov və 2 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.
Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.
Femida.az
Oxunub: 815
Oxşar xəbərlər
- Karantin müddətinin azaldılması yanvarın 24-dən əvvəl yoluxanlara da aiddir - RƏSMİ
- Karantin rejimi ilə bağlı 24 mindən çox ticarət obyekti monitorinq edilib
- Karantin rejimi ilə bağlı 13 mindən çox ticarət obyekti monitorinq edilib
- Karantin rejimini pozan mikroavtobus sürücüləri cərimələnib
- Karantin rejimini pozan vəzifəli şəxsə cinayət işi açıldı
- Karantin qaydalarını pozan çay evləri cərimələndi
- Karantini pozan 40 nəfər həbs edilib
- Karantin qaydaları pozuldu: 5 şadlıq evi cəzalandırıldı
- Karantin qaydalarını pozan restoranlar cərimələnib
- Karantin qaydalarını pozan çayxana aşkarlandı