Biləsuvarda 35 nəfər cərimələndi


12:29     12 Avqust 2020 2020/08/b9b25b3e-20af-3c87-909e-00ddb5c09a50_1597221250.jpg

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.

Femida.az-ın məlumatına görə, tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 35 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.

Biləsuvar rayonu ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 908