8 mindən çox obyektdə epidemioloji tələblər pozulub
12:37 12 Avqust 2020
Mayın 22-dən avqustun 11-dək 23816 sahibkarlıq subyektində monitorinq keçirilib və 8027 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
İqtisadiyyat Nazirliyindən Femida.az-a verilən məlumata görə, avqustun 10-da keçirilən monitorinqlərdə Binəqədi rayonunda Kamil Orucova, Kənan Abışova, Rüstəm Lillahova, Emin Mustafayevə, Natiq Hüseynova, Ramil Məsimova məxsus mağazalarda, Nizami rayonunda Orxan Məmmədliyə, Müqabil Allahverdiyevə, Tərlan Məmmədova, Aslan İsayevə məxsus ticarət obyektlərində, Orxan İsmayılova məxsus şirniyyat sexində, Qaradağ rayonunda Hüseyn Abbasova, Seymur Zamanova, Səbuhi Qasımova məxsus mağazalarda, Elməddin Təhməzliyə məxsus xidmət obyektində, Yasamal rayonunda “Royal Home-1 Mağazası”nda, “FLO” mağazasında, “Böyük Fırat Restoranı”nda, Məhəmməd Qədimova, Toğrul Mirzəyevə, Hikmət Mustafayevə məxsus pərakəndə ticarət obyektlərində, Xəzər rayonunda “Oba Market”də, Şəfa Bəylərovaya, Vasif Tağıyevə, Elnur Mayılova məxsus marketlərdə, Nəsimi rayonunda Ramin Abbasova məxsus geyim mağazasında, İlqar Aslanova, Vüqar Salahova, Vüqar Cəfərova məxsus pərakəndə ticarət obyektlərində, “Vita Aptekləri" və “Zeytun Pharmaceuticals” MMC-lərə məxsus apteklərdə, Xətai rayonunda "Nərmin Parfümeriya və Kosmetika” mağazasında, Sevşən Hüseynova məxsus “1001 Xırdavat”da, "Buta Farm" MMC-yə məxsus aptekdə, Sabunçu rayonunda Gülər Əbilovaya, Yeganə Ağayevaya, Sevinc Mürsəlovaya, Meydar Meydarova məxsus mağazalarda, Suraxanı rayonunda “Al Market”də, Nərimanov rayonunda Cavid Kərimliyə məxsus ictimai iaşə obyektində, Muhsin Toparlıya, Rəfəddin Məmmədova məxsus dönərxanalarda, Səbail rayonunda “Araz Market”də, “Modamo Beauty Studio”da, Vəfa Məmmədovaya, Salamat Cəfərova, Ağareyim Bayramova məxsus tərcümə mərkəzlərində, ümumilikdə monitorinq aparılan 812 obyektin 77-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol verən vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.
Femida.az
Oxunub: 963
Oxşar xəbərlər
- 85 nəfərin olduğu hərbi təyyarə qəzaya uğradı, ölənlər var
- 85 889 nəfər vaksinasiya olundu
- 8 mart Beynəlxalq Qadınlar Günüdür
- 8 il qoruduğu zirvə uğrunda şəhid olan mayor - REPORTAJ
- 8 qanun layihəsi bu il müzakirəyə çıxarılmayacaq
- 80 nəfər jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi iddiaları ilə bağlı rəsmi açıqlama
- 85 yaşlı qadının Ermənistanda işgəncələrə məruz qaldığı məlum olub
- 820 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
- 86 obyektdə sanitar-epidemioloji tələblər pozulub
- 89 yeni yoluxma - 207 nəfər sağalıb