Evdə gizli nişan keçirənlər cərimələndi
12:40 12 Avqust 2020
Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən 2 fərdi yaşayış evində karantin qaydalarının pozularaq, gizli nişan mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a bildirilib ki, həmin məlumat əsasında polis əməkdaşları şəhər sakini Firəngiz Məmmədovaya və rayonun Danaçı kənd sakini Rauf Əliyevə məxsus evlərə gəliblər. Həmin ünvanların hər birində 20-dən artıq şəxsin bir yerə toplaşaraq, karantin qaydalarını pozduqları aşkar edilib.
Ev sahibləri və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət edilib. Onlara ölkədə elan edilən karantin rejiminin tələb və qaydaları izah olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.
Femida.az
Oxunub: 910
Oxşar xəbərlər
- Evdə köməksiz qalan şəxs xilas edildi
- Evdən kabel oğurlayanlar ələ keçdi - FOTO
- Evdə qalan uşaq belə xilas edildi - VİDEO
- Evdən antik samovar oğurlayan şəxs tutuldu
- Evdən 35 minlik oğurluq edən qadın tutuldu
- Evdən 4 minlik oğurluq edildi
- Evdən gedib qayıtmayan kişi axtarılır - FOTO
- Evdən çıxan daha bir koronavirus xəstəsi saxlanıldı
- Evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
- Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanla təmin olunub