Türkiyənin müdafiə naziri Azərbaycana gəlir


12:51     12 Avqust 2020 2020/08/1597221189461_MPBJqueY_1597222249.jpeg

Avqustun 12-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir.


Müdafiə Nazirliyindən Femida.az--a verilən məlumata görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1082