" ABAD "da yeni kadr təyinatı olub


13:11     12 Avqust 2020 2020/08/79600697_2537002963291207_6898879266029568000_n_1597225666.jpg


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “ABAD”da (Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs) yeni kadr təyinatı olub.


Femida.az xəbər verir ki, Ləman Əhmədova ABAD-ın Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə təyin edilib.

Ləman Əhmədova bu təyinata kimi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları şöbəsində çalışıb. "ASAN Kadr" karyera mərkəzinin rəhbəri olub.

Xatırladaq ki, bu vəzifədə əvvəl Turanə Qasımova çalışıb. Daha sonra o, "ASAN xidmət"in Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Femida.az

Açar sözlər: #ABAD   #LəmanƏhmədova  

Oxunub: 1715