Ötən gün yol qəzalarında 5 nəfər ölüb
13:27 12 Avqust 2020

Daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 1377
Oxşar xəbərlər
- Azərbaycanda son sutkada 305 nəfər yoluxub
- Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək
- Paytaxtın yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- Koronavirus yoluxub sağalmış insanlara peyvənd vurulacaqmı?
- Azərbaycanda 118 yeni yoluxma qeydə alınıb
- Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib
- Dünyaya COVID-19-a yoluxanların sayı 95 milyonu keçib
- Azərbaycanda 402 yeni yoluxma qeydə alındı
- Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
- Yoluxma və ölüm sayı yenə azaldı