Mədəniyyət nazirinə müşavir təyin edilib
13:57 12 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyinat olub.
Mədəniyyət Nazirliyindən Femida.az-a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlə Əliyev Elnur Əli oğlu Mədəniyyət nazirinin müşaviri təyin olunub.
A. Kərimovun digər əmri ilə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hümbətov İntiqam Rəsul oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.
E. Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.
E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.
Femida.az
Oxunub: 926
Oxşar xəbərlər
- Mədəniyyət naziri Kəlbəcərə nümayəndə təyin edib
- Mədəniyyət Nazirliyi Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb
- Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib
- Mədəniyyət üzrə Türkiyə-Azərbaycan İşçi Qrupu yaradılacaq
- Mədəniyyət naziri David Zalkaliani ilə görüşüb
- Mədəniyyət naziri azad edilən ərazilərdə həyata keçirilən işlərdən danışıb
- Mədəniyyət naziri koronavirusa yoluxub
- Mədəniyyət Nazirliyi Rəmişin vəfatı ilə bağlı nekroloq yayıb
- Mədəniyyət naziri Türkiyədə səfərdədir
- Mədəniyyət naziri ilə televiziya kanalları rəhbərləri arasında görüş keçirilib