"Ermənistanın hədəfi gərginlik yaratmaq idi" - Ceyhun Bayramovun CNN-ə müsahibə verdi


14:23     12 Avqust 2020 20_08_12_1597227944.jpg


Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi dialoq yolu ilə həll edilməsinin tərəfdarıdır, amma Ermənistan işğal etdiyi bölgələrdən çıxmalıdır.

Femida.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə səfəri çərçivəsində “CNN Türk” kanalına müsahibəsində deyib.

Nazir bildirib ki, 12 iyuldan başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri növbəti hərbi təxribat həyata keçirdi. Həmin təxribatın çox aydın siyasi və hərbi məqsədləri var idi.

"Bu, işğalçı dövlətin Dağlıq Qarabağdan kənar bir bölgədə, sərhəddə yeni gərginlik, alovlanma ocağını yaratmaq, üzv olduğu hərbi-siyasi təşkilatları gərginliyə qatmaq məqsədi daşıyırdı. Eyni zamanda Ermənistanda çox gərgin vəziyyət hökm sürür, koronavirus pandemiyası vəziyyəti daha da ağırlaşdırıb. Belə olan halda onların təxribatı insanların diqqətini başqa bir məsələyə çəkmək, danışıqların mahiyyəti üzrə aparılmasına maneə törətmək məqsədi daşıyıb.

Bundan əlavə, həmin bölgədən Azərbaycanın çox nəhəng regional enerji-nəqliyyat layihələri keçir və gərginlik yaratmaq Ermənistan tərəfinin qarşısına qoyduğu hədəf idi.

Azərbaycan ordusunun qətiyyətli cavab addımları ilə Ermənistan hərbi birləşmələri geri otuzduruldu, əfsuslar olsun ki, bu təxribat zamanı hərbçilərimiz şəhid oldu. Ermənistan tərəfi növbəti dəfə öz aqressiv terrorçu mahiyyətini büruzə verdi. Çünki yaşayış məntəqələri atəşə tutuldu, 76 yaşlı kənd sakini təxribatın qurbanı oldu".

Nazir, həmçinin deyib ki, bu, ilk hal deyil, Ermənistan silahlı birləşmələrinin əl atdığı yanaşmadır. Ermənistan tərəfinin, dövlətinin terroçu mahiyyəti yaxşı məlumdur.

Nazir bildirib ki, təlimlər mütəmadi olaraq həyata keçirilir:

"Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın uzun müddətli tarixi var. Birgə hərbi təlimlər iki dövlət arasında imzalanmış hərbi sazişə əsasən həyata keçirilir.

Hərbi təlimlər bizim hərbi sahədə əməkdaşlığımızın böyük və əhəmiyyətli hissəsini təşkil edir. Türkiyə ilə Azərbaycan arasındakı hərbi sahədə əməkdaşlıq daha geniş məhfuma dayanır. Burada nəinki hərbi-texniki, eyni zamanda, hərbi təhsil, hərbi səhiyyə məsələləri üzrə də əməkdaşlıq var.

Onu da qeyd etmək çox vacibdir ki, Türkiyə ilə Azərbaycan arasında olan əməkdaşlıq nəinki iki ölkənin, həmçinin regionun inkişafına, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Hesab edirəm ki, hərbi əməkdaşlıq da bu yöndə dəyərləndirilməlidir”.

Femida.az

Açar sözlər: #CeyhunBayramov   #CNN   #müsahibə  

Oxunub: 3914