Kürdəmirə yeni DYP rəisi təyin edilib


15:42     12 Avqust 2020 trend_dyp_main.jpg


Kürdəmir rayon polis şöbəsində kadr dəyişikliyi olub.


Bununla bağlı DİN-də müvafiq əmr imzalanıb.

Əmrə əsasən baş leytenant Zamiq Hökmulla oğlu Ağayev Kürdəmir rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinə rəis təyin olunub.

Qeyd edək ki, baş leytenant Zamiq Ağayev bu vəzifədən öncə Kürdəmir RPŞ-nin DYP bölməsinin baş inspektoru vəzifəsində çalışırdı. / Report

Femida.az

Açar sözlər: #dyp   #Kürdəmir  

Oxunub: 1370