Şəmkirdə bacanağını öldürən şəxsin istintaqı başa çatıb
18:57 12 Avqust 2020
Şəmkirdə qəsdən adam öldürməkdə təqsirləndirilən Etibar Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az xəbər verir ki, baxılması üçüb Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu ilin may ayında baş verib.
İttihama görə, Şəmkir rayonu Yeni Həyat kənd sakini, 1977-ci il təvəllüdlü Süleymanov Etibar Binnət oğlu Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlunu odlu silahla öldürüb.
Tutularaq istintaqa cəlb edilən E.Süleymanova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.
E.Süleymanovla E.Hümmətli bacanaq olublar.
Oxunub: 1198
Oxşar xəbərlər
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
- Şəmkirdə 34 yaşlı kişiyə bıçaq xəsarəti yetirilib
- Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib
- Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb
- Şəmkirdə hamilə arvadını və qızını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
- Şəmkirdə arvadı və qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Şəmkirdə bir neçə nəfər qidadan zəhərlənib
- Şəmkirdə yol polisi reyd keçirib