Gürcüstanda daha bir azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb


21:12     12 Avqust 2020 20_08_12_1597250930.jpg

Gürcüstanın müxalif “Gürcüstan üçün Lelo” Partiyası majoritar deputatlığa namizədlərini təqdim edib.

Femida.az xəbər verir ki, Marneuli-Qardabani dairəsi üzrə deputatlığa Murad Muradovun namizədliyi irəli sürülüb.

M.Muradov partiyanın Marneulidə iyulun 1-də açılan regional təşkilatının rəhbəridir.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

Açar sözlər:

Oxunub: 1227