Cinayətkarlıqla mübarizəyə dair BMT Konqresinin tarixi bəlli oldu


15:14     13 Avqust 2020 bmt8.jpg

BMT-nin cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 14-cü Konqresi 2021-ci il martın 7-12-də Yaponiyanın Kioto şəhərində keçiriləcək.

Femida.az xəbər verir ki, bu barədə BMT Baş Asambleyası cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi Komissiyasının tövsiyəsinə əsasən rəsmi qərar verib.

Qeyd edək ki, ilkin olaraq sözügedən tədbir bu il aprelin 20-27-nə təyin edilsə də, lakin COVID-19 pandemiyası ilə bağlı təxirə salınmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 734