Universitetlər oktyabrın 1-də açılacaq - Türkiyədə


20:04     13 Avqust 2020 20_08_13_1597333896.jpg


Türkiyədə ali məktəblərin yeni tədris ilinə başlaması oktyabrın 1-dən sonraya nəzərdə tutulub.


Bu barədə Türkiyə Ali Təhsil Şurasından bildirilib.

Qeyd olunub ki, yeni növ koronavirusla mübarizə tədbirləri ilə əlaqədar universitet yataqxanalarında tələbələrin sıx yerləşməməsi də nəzərə alınmaqla, universitetlərin 1 oktyabrdan sonra açılması tövsiyə olunub.

Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdindəki Elm Qurumunun tövsiyəsi ilə dünən Təhsil naziri Ziya Səlcuk bütün orta məktəblərdə dərslərin onlayn şəkildə avqustun 31-dən fəaliyyətə başlayacağını deyib. Məktəblərin normal qaydada açılması isə sentyabrın 21-ə planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1020