Məhbuslarla görüş bərpa edildi


20:29     13 Avqust 2020 2020/08/gg_1597336632.jpeg


Pandemiya ilə əlaqədar məhkumlarla görüş, həmçinin sovqat və banderolların ötürülməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb.


Bu barədə Femida.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bununla əlaqədar penitensiar müəssisələrdə mövcud olan qısamüddətli görüş otaqları həmin tələblərə uyğun yenidən qurulub və danışıq qurğuları ilə təchiz edilmiş şüşə arakəsmələr və kabinalar təşkil olunub:

“Artıq müəssislərin çoxunda yaradımış bu şəraitə uyğun məhkum və həbs olumuş şəxslərə qısa müddətli görüşlərin verilməsinə başlanılıb

Bununla yanaşı, ailələri ilə əlaqə saxlanılması məqsədilə məhbusların telefon danışıqları imkanları genişləndirilib”, - məlumatda bildirilir.

Femida.az

Açar sözlər: #məhbus   #görüş   #ədliyyə   #hüquq   #həbsxana   #türmə   #femida   #penitensiar  

Oxunub: 9312