Ədliyyə Nazirliyi: 408 nəfər həbsdən azad edilib


20:47     13 Avqust 2020 2018/11/EDLIYYE_1542866685.jpg


Humanist institutların davamlı tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1.727 nəfər vaxtından əvvəl azadlığa buraxılıb və ya yüngül rejimli müəssisəyə keçirilib.

Femida.az xəər verir ki, onların da 80%-ə yaxını, yəni 1.333 nəfəri indiki pandemiya şəraitinə təsadüf edir.

Eyni zamanda, 493 həbs edilmiş şəxs, o cümlədən pandemiya dövründə 408 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Bununla yanaşı, cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xidmətləri üzrə 1.000-dək məhkumun işləri öyrənilib və yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq artıq 100 məhkum cəzadan tamamilə azad edilib, 211 nəfərin cəza müddəti azaldılıb və ya yüngül cəza növü ilə əvəz edilib, 63 nəfərin əməli yeni maddələrə tövsif edilib.

Femida.az

Açar sözlər: #ədliyyə   #qanun   #məhkum   #məhkəmə   #hüquq   #femida  

Oxunub: 11149