Piyadanı vuraraq öldürən avtomobilin sürücüsü hadisə yerindən yayındı


11:33     14 Avqust 2020 20_08_14_1597383320.jpg

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəxsiyyəti məlum olmayan qadını avtomobil vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Piyadanı vuran avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb.

Ölən qadının şəxsiyyəti və hadisəni törədən sürücünün müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Meyit aidiyyəti üzrə təhvil verilib.


Açar sözlər:

Oxunub: 1105