İtən neftçilərin axtarışları gücləndirilib


15:54     10 Dekabr 2015 13951890952885.jpg

Bu gün səhər saatlarından başlayaraq "Günəşli" yatağında baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin axtarışları yenidən davam etdirlib. Belə ki, dünən axşam saatlarında əleverişsiz hava şəraiti ilə bağlı axtarışlar dayandırılmışdı. Bu gün bərpa olunan axtarışlara əlavə texniki qüvvə cəlb olunub.


Femida.az xəbər verir ki, xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, itkin düşmüş neftçilərin axtarışlarına FHN-nın əlavə helikoperleri, eləcə DSX gəmiləri cəlb olunub.

Qəza baş vermiş platformada isə yanğın hələ də davam edir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Açar sözlər:

Oxunub: 631