Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
12:41 14 Avqust 2020
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb.
Femida.az-a daxil olan sənəddə deyilir:
"Ermənistan KİV-lərində bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin qondarma “strukturlarının” Xankəndindən Şuşaya köçürüləcəyi haqqında məlumat yayılıb.
Şuşa Azərbaycan üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik bir şəhərdir və onun əsasının qoyulmasının 270 illiyi ərəfəsində işğalçı Ermənistanın növbəti təxribat cəhdini pisləyirik.
Biz belə təxribatların dəfələrlə şahidi olmuşuq. Bir müddət öncə Şuşanın Yuxarı Gövhər Ağa Məscidinin arxitekturasının təhrif edilərək “İran məscidi”, rus kilsəsinin təhrif olunaraq “erməni kilsəsi” kimi qələmə verilməsi də bu qəbildən olan təxribatlardan idi.
Bundan başqa, Ermənistan rəhbərliyi bir neçə ay əvvəl Şuşada qondarma “inaqurasiya” şousu təşkil etmişdi.
Mütəmadi xarakter almış belə addımlar münaqişənin tənzimlənməsinə mane olmaqdan başqa heç nəyə xidmət etmir və beynəlxalq ictimaiyyət tərəfindən kəskin surətdə qınanmalıdır.
Ermənistanın bu kimi təxribatçı və azğın əməlləri heç vaxt bizim öz ata-baba yurdlarımıza qayıtmaq əzmimizi qıra bilməyəcək.
Dağlıq Qarabağın etnik təmizləməyə məruz qalmış azərbaycanlı icması torpaqlarımıza qayıdaraq Azərbaycan Respublikasının suverenliyinin təcəssümü olan qurumları təşkil edəcək".
Oxunub: 1142
Oxşar xəbərlər
- Dağlıq ərazilərdə yağıntılı hava şəraiti martın 24-dək davam edəcək, qar yağacaq
- Dağlıq ərazidə narkotik tərkibli bitkilər yetişdirən həmkəndlilər saxlanılıb
- Dağlıq Qarabağın Azərbaycanlı İcması yaxın gələcəkdə Şuşaya köçürüləcək
- Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalara əməl olunur - Putin
- Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı
- Dağlıq Qarabağın Azərbaycanlı İcması işğal altındakı ərazilərdə yaşayan ermənilərə müraciət edib
- Dağlıq ərazidə yanğın başlayıb
- Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından BƏYANAT
- Dağlıq Qarabağdakı saxta "seçkilər"lə bağlı BMT-nin Baş katibinə məktub ünvanlandı
- Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri həmsədrlərə müraciət edib