Qeydiyyat şöbələrində təntənəli nikah otaqları yaradılıb


13:12     14 Avqust 2020 2020/08/bafa67a5-f936-3bef-993b-d2e130b3d7a3_850_1597396869.jpg

“Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var”.


Femida.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib.

Onun sözlərinə görə, arzu edən şəxslərin nikahı həmin otaqlarda qeydə alınaraq rəsmiləşdirilir: “Ancaq gələn şəxslərin sayına məhdudiyyət var. Eyni zamanda, iştirakçılar bu vacib günlə bağlı xatirə şəkli çəkdirə bilirlər”.

Açar sözlər:

Oxunub: 1256