Bakıda yanğın - 5 nəfər təxliyə edildi


14:25     14 Avqust 2020 yangin850.jpg

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının xarici divarında quraşdırılan bacada yağ qalıqları və elektrik kabeli 10 p.m yanıb.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın birinci mərtəbəsində olan dönərxana və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1046