Gəncə sakininin intiharı ilə bağlı - Rəsmi açıqlama
14:57 14 Avqust 2020
"Son günlər sosial şəbəkələrdə intihar etmiş bir nəfər Gəncə şəhər sakininin ölüm səbəbləri barədə həqiqətə uyğun olmayan, əsassız xəbərlər yayılıb. Qeyd edim ki, iyul ayının 18-də Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə bir nəfərin xidməti ərazidəki binalardan birinin damında intihar etməsi ilə bağlı məlumat daxil olub. Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin əməkdaşları hadisə yerində olub, prokuror-kriminalistin və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib. İlkin araşdırma zamanı müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Qasımov iyulun 16-da yaşadığı binanın damında özünü asaraq intihar edib.
Femida.az-ın xəbərinə görə, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.
O bildirib ki,faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ( Özünü öldürmə həddinə çatdırma) ilə başlanan cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılıb:
"Meyitin ətraflı müayinəsi, xaricinə keçirilən baxışda gözlə görülən xəsarət və xəsarət izlərinin aşkarlanmayıb, mərhumun həyat yoldaşından ayrıldığı üçün dərin psixoloji gərginlik keçirməsi nəticəsində intihar etməsinə dair əsaslı dəlillər toplanıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir".
Femida.az
Oxunub: 1445
Oxşar xəbərlər
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Gəncədə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
- Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
- Gəncədə yaşayış binasında partlayış olub, ölən var
- Gəncədə 152 kq istehlaka yararsız ət aşkarlanıb
- Gəncədə narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb