Paşinyan BBC-də biabır oldu


15:45     14 Avqust 2020 2020/08/nikol_1597405639.png

“Sadəcə bilmək istəyirəm, öz üzərinizə məsuliyyəti götürüb, Ermənistan silahlı qüvvələrinin törətdiyi sui-istifadə və cinayətlərə görə üzr istəyə bilərsinizmi? Sadə bir sualdır. Hə, ya yox?”.

Femida.az xəbər verir ki, bu sualı BBC-nin “Hardtalk” verilişinin aparıcısı Stiven Sakur Ermənistan baş naziri Nikol Paşinyana ünvanlayıb.

İngilis dili biliyi zəif olan Nikol Paşinyan aparıcının açıq sualından yayınsa da, aparıcı onun sözünü kəsərək bunu ona xatırladıb: “Görünür, siz “üzr istəyirəm” deməyəcəksiniz”.

S.Sakur suallardan yayınmaq üçün cavabları tarixi müstəviyə endirməyə çalışan Nikol Paşinyana məsələləri günümüzün reallıqları baxımından nəzərdən keçirməyi tövsiyə edib. Teleparıcı BMT-nin Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi qətnamələri Ermənistan başçısına xatırladıb: “Orada dəqiqliklə qeyd olunub ki, bütün erməni qüvvələri Azərbaycan Respublikasının ərazisindən çəkilməlidir. Beynəlxalq hüquqa əsasən, sizin oradakı qüvvələriniz işğalçı qüvvələrdir. Siz isə həmin əraziyə gedib oranın sizə aid olduğunu deyirsiniz. Belə çıxır ki, siz heç də sülh keşikçisi deyilsiniz”.

Femida.az

Açar sözlər:

Oxunub: 1082