DİN Şahbaz Xuduoğlunun iddialarına münasibət bildirib
17:00 14 Avqust 2020
Polis əməkdaşları Bakıda "Qanun" nəşriyyatında karantin qaydalarına əməl edilib-edilməməsi ilə bağlı yoxlama aparıb.
Femida.az-ın xəbərinə görə, nəşriyyatın direktoru Şahbaz Quduoğlu buna etiraz edib.
O, polisin bu cür yoxlama aparmasını qanunsuz hesab edib.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a açıqlamasında deyib ki, burada qanunsuz nəsə yoxdur:
"Xüsusi karantin rejiminə nəzarət 5 aydır ki, polis əməkdaşları və Daxili Qoşunalrın hərbi qulluqçuları tərəfindən həyata keçirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə bütün qapalı məkanlarda, sərnişin avtobuslarında və digər yerlərdə insanların tibbi maskadan istifadə etməsinə, ara məsafəsinin saxlanmasına nəzarəti həyata keçirən polis əməkdaşları bütün qapalı məkanlara daxil olaarq qaydalara riayət edilib-edilmədiyini yoxlayır və qanunvericilkdə nəzərdə tutulmuş müvafiq tədbirlər görür.
Şahbaz Xuduoğlunun rəhbər olduğu nəşriyyat da qapalı məkandır və kifayət qədər insan işləyir. Polis əməkdaşları da Nazirlər Kabineyinin qərarına uyğun olaraq vəzifəsinin icrasını təmin etmək məqsədilə həmin məkana daxil olub və qaydalara riayət edib-etməmələrini yoxlayıb və öz tövsiyələrini verərək, oranı tərk ediblər. Ancaq Şahbaz Xuduoğlu Nazirlər Kabinetinin qərarlarını bilərəkdən və ya bilməyərəkdən polis əməkdaşlarının onun nəşriyyatına qanunsuz gorməkdə günahlandırır. Ancaq bu, belə deyil, polis əməkdaşları sırf öz xidməti vəzifələrini yerinə yetiriblər".
Femida.az
Oxunub: 1583
Oxşar xəbərlər
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- DİN Vətən müharibəsi iştirakçısının qəzada ölməsi ilə bağlı məlumat yayıb
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib