ARB və "Xəzər" TV-ni cəzalandırıldı
19:19 14 Avqust 2020
Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.
MTRŞ-dan Femida.az-a bildirilib ki, iclasda 1-10 avqust 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
5 avqust 2020-ci il tarixdə “Xəzər” televiziya kanalının efirində saat 18.00 – 19.00 arası müddətdə 16 dəqiqə 50 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Xəzər” televiziya kanalının efirində 23 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Həmçinin, 8 avqust 2020-ci il tarixdə “ARB” televiziya kanalının efirində saat 09.00 – 10.00 arası müddətdə 16 dəqiqə 20 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ARB” televiziya kanalının efirində 17 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Femida.az
Oxunub: 1450
Oxşar xəbərlər
- MTRŞ peyk televiziya yayımını qəbul edən istifadəçilərə müraciət edib
- Medianın İnkişafı Agentliyi və MTRŞ səslənən iddialara aydınlıq gətirib
- Zaurun verilişi dayandırıldı - ATV cərimələndi
- MTRŞ "Lider" TV ilə bağlı bəyanat yayıb
- MTRŞ və Mətbuat Şurasına yeni səlahiyyət verilib
- MTRŞ “Xəzər” və ARB-in yayımını bir saatlıq dayandırdı
- Hansı kanallar 1 aylıq bağlana bilər? - MTRŞ-dan bəyanat
- MTRŞ-nin Aparat rəhbəri işdən çıxdı
- MTRŞ sədri Manaf Ağayevin qadınlar haqda dediklərinə münasibət bildirib
- MTRŞ iclas keçirdi - Qanuna edilmiş dəyişikliklər müzakirə olunub