Azərbaycanda cins nisbəti pozulmaqdadır - Yeni doğulan 100 qıza 114 oğlan düşür


19:47     14 Avqust 2020 20_08_14_1597420063.jpg


Bu il Azərbaycanda doğulan uşaqların sayı məlum olub.


Bu barədə Femida.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun ayları ərzində 59 356 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12 körpə təşkil edib.

Yeni doğulan körpələr arasında qızlar 46,7 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir.

Hazırda hər 1000 kişiyə 1002 qadın düşür.

Femida.az

Açar sözlər: #körpə   #gender   #qız  

Oxunub: 1573