Bakı Şəhər Baş Polis İdarəsində - YENİ TƏYİNAT


20:28     14 Avqust 2020 bsp.jpg


Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) kadr təyinatı olub.


Trend-in məlumatına görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Bəkir Sarıyev Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, B.Sarıyev həmin idarənin rəis müavini vəzifəsində xidmət göstərib.

Femida.az

Açar sözlər: #din   #polis   #Bakı  

Oxunub: 1382