Sumqayıtda avtomobil oğurlayan şəxs Abşeronda tutulub
09:07 15 Avqust 2020
Avqust ayının 9-da Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 8-in qarşısından "Audi A6" markalı avtomobil oğurlanıb.
Femida.az xəbər verir ki, bu barədə avtomobilin sahibi Mirzəyev Ramin Firudin oğlu Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edib.
Bu gün gecə saatlarında Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin baş inspektoru Əli Cavadov və polis serjantı Arif Allahverdiyev tərəfindən oğurlanan avtomobil xidməti ərazidə aşkarlanıb. Avtomobil DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Əlahiddə Çevik Polis Alayının əməkdaşları ilə birgə nəqliyyat vasitəsini oğurlayan şəxs Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Avtomobil isə sahibinə qaytarılıb.
Nəqliyyat vasitəsini oğurlayan 1997-ci il təvəllüdlü Xanlarzadə Oktay Nizami oğlu məsuliyyətə cəlb olunub.
Oxunub: 1110
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Sumqayıtda qumbara tapılıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb
- Sumqayıtda tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb
- Sumqayıtda avtomobil yanıb