Bakıda qadına zorakılıq edilib? - AÇIQLAMA


13:07     15 Avqust 2020 bsp.jpg


“Sosial şəbəkələrdə Nizami rayonu Qara Qarayev prospektində mülki şəxslər tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır”.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hər hansı cinayət xarakterli fakt qeydə alınmayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə dünən axşam saatlarında Nizami rayonu Qara Qarayev prospektində yaşayan qadına zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1486