"Yumşalma o demək deyil ki, restoranlarda toy və şənlik keçirmək olar"


14:10     15 Avqust 2020 20_08_15_1597486661.jpg

İctimai iaşə obyektlərinin açıq havada fəaliyyətinə icazə bayram və toy şənliklərinin keçirilməsini nəzərdə tutmur.

Femida.az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, toylar kütləvi şənliklər kateqoriyasındadır:

"Masa arxasında yalnız qida qəbul edərkən maskaların çıxarılmasına icazə verilir: "Digər hallar isə maskasız bir yerə toplaşmamaq, 1,5-2 metr ara məsafəsi saxlanılması kimi digər ümumi qəbul olunmuş qadağaların tərkibində olduğuna görə toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq".

Bu qaydaların pozulmasına görə, inzibati cərimələr tətbiq olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1369


Oxşar xəbərlər