İlham Əliyev indoneziyalı həmkarını təbrik edib


16:43     15 Avqust 2020 2019/12/prezident_esass_1576734705.jpg


Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib.

Təbrikdə deyilir:

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə İndoneziya arasında ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur.

Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının İndoneziya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya Respublikasına daim rifah arzulayıram".

Femida.az

Açar sözlər:

Oxunub: 1423