Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədləri çap olunacaq - QƏRAR
18:06 15 Avqust 2020
Nazirlər Kabineti Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi və onların 2021-2025-ci illər üçün açılması barədə qərar imzalayıb.
Femida.az bildirir ki, qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yeni təsərrüfatbaşına uçot sənədlərini çap etdirərək, 2020-ci il noyabrın 1-dək müvafiq bölgü əsasında Azərbaycan Respublikasının rayon (şəhər) icra hakimiyyəti başçılarının kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılmasını təmin etməldiir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, rayon (şəhər) icra hakimiyyətləri 2021-2025-ci illər üçün yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun təmin etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yeni təsərrüfatbaşına uçot sənədlərinin çapının 2020-ci ilin dövlət 2 büdcəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilməsini təmin etməlidir.
Femida.az
Oxunub: 1439
Oxşar xəbərlər
- Kənd təsərrüfatında sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb
- Kənd təsərrüfatı nazirinin səlahiyyətləri artırılıb
- Kənd Qadınları Assosiasiyası üzvləri ilə görüş keçirilib
- Kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxs təltif edildi
- Kənd təsərrüfatı nazirinin müavini dəyişib
- Kənd təsərrüfatı ilə məşğul olanların karantin dövründə hərəkət qaydası müəyyənləşdi
- Kənd təsərrüfatı işçiləri təltif edilib - SƏRƏNCAM
- Kənd təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edəcək
- Kənd təsərrüfatı sahəsində uçot dürüstləşdirilir
- Kənd Təsərrüfatı Nazirliyinin Dovşançılıq təsərrüfatının açılışı olub