Sumqayıtda minik avtomobili avtobusla toqquşub, ölən var


18:46     15 Avqust 2020 qeza_yeni.jpg

Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobili və "İkarus" markalı avtobus toqquşub.

Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Əmrahov Şəmkir Heydər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1355