Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlanıb


19:15     15 Avqust 2020 2020/03/koronavirus_1585572132.jpg

Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiya olanların sayı 192 nəfərdir.

Femida.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. Qeyd olunub ki, xəstələrdən 34 nəfəri süni nəfəs cihazına qoşulub.

Qeyd edək ki, bugünədək Azərbaycanda 34 107 nəfər COVID-19-a yoluxub, onlardan 31 697-si sağalıb, 506 nəfəri isə ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1324