Silsilə oğurluqlar edən şəxslər saxlanıb


20:13     15 Avqust 2020 hebs5.jpg

Sumqayıt və Gəncədə oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Sumqayıt sakini olan 3 qadının pul və mobil telefonlarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş C.Əhmədli Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Kəpəz rayonu ərazisində isə “VAZ” markalı 2 avtomobildən maqnitofon, mobil telefon, fləşkart və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş C.Kazımov və A.Şabanov Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 1577