Samuxda ağır yol qəza - Ölənlər var


11:38     16 Avqust 2020 20_08_16_1597563519.jpg


Samuxda yol qəzasında ölən şəxslərin adları məlum olub.

Samuxda 2 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.

“Mercedes” minik avtomobili ilə kombayn maşını toqquşub.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Behbudov Allahverdinin idarə etdiyi kombaynla Gəncə Şəhər Nizami Rayonunun polis əməkdaşı, leytenant Çağırqanov Elnurun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı “Mercedes”in sürücüsü və onun sərnişini Gəncə Şəhər ASAN xidmətin əməkdaşı Süleymanzadə Ləman Nazım qızı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Samux rayon prokurorluğunda cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1587