FHN 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı


13:20     16 Avqust 2020 qeza_yeni.jpg

Fövqəladə Hallar Nazirliyi (FHN) Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə dair məlumat yayıb.


Femida.az FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub.

Gəncə Regional Mərkəzinin hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1060