Şamaxıda 3 otaqlı ev yanaraq külə dönüb


20:52     16 Avqust 2020 20_08_16_1597595011.jpg

Şamaxı rayonunda yanğın hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə rayonun Hacılı kəndində qeydə alınıb.

Belə ki, kənd sakininə məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 1647