İtaliyada vəfat edən azərbaycanlı musiqiçi Bakıda dəfn ediləcək


11:47     17 Avqust 2020 20_08_17_1597650048.jpg

İtaliyada vəfat edən azərbaycanlı vokalçı Eldar Əliyev Bakıda dəfn ediləcək.


Mədəniyyət Nazirliyindən Femida.az-a verilən məlumata görə, mərhum vokalçının dəfn mərasimi hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə təntənəli şəkildə keçiriləcək.

Qeyd edək ki, öz böyük istedadı, bənzərsiz səs tembri ilə dünya opera səhnələrini fəth etmiş azərbaycanlı vokalçı Eldar Əliyev avqustun 4-də İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib.

Açar sözlər:

Oxunub: 1135