Faiq Quliyev Azərbaycanın Gürcüstandakı səfiri təyin edilib


13:33     17 Avqust 2020 20_08_17_1597657949.jpg


Azərbaycan Respublikasının Gürcüstanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Femida.az-ın məlumatına görə, Prezident İlham Əliyev Faiq Maqbet oğlu Quliyevin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Faiq Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışırdı. O, Prezidenin digər sərəncamı ilə bu vəzifədən azad edilib.

Femida.az

Açar sözlər: #səfir   #Gürcüstan   #sərəncam  

Oxunub: 2851