SOCAR: Neftçilərin axtarışı hələlik nəticə verməyib


17:31     10 Dekabr 2015 9e301888b1cde17e1d1e285985b6b1f5.jpg

SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.


Bu barədə Femida.az-a SOCAR-ın "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd edilib ki, axtarışların miqyası genişləndirilib: "Belə ki, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri axtarışları davam etdirir. Təəssüf ki, axtarışlar hələlik heç bir nəticə verməyib".

Əlavə olaraq bildirilib ki, yanğını söndürmək hələ də mümkün olmayıb. "Yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur", - deyə İB rəsmisi qeyd edib.

Açar sözlər:

Oxunub: 765