Bağlanan banklarda bloklanmış əmanətlərin qaytarılmasına başlanılıb
14:22 17 Avqust 2020
Ləğv prosesində olan “Atabank”, “NBCBank” və “AGBank”da bloklanan əmanətlərin qaytarılmasına başlanılıb.
Bu barədə Femida.az-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
Fonddan bildirilib ki, yaxın günlərdə qaytarılan əmanətlərin həcmi ilə bağlı ictimaiyyətə rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, “Atabank”, “NBCBank” və “AGBank”-da təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də ləğv prosesində olan “ATABank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınan əmanətlərlə bağlı Fond tərəfindən verilən müraciət əsasında Azərbaycan Nazirlər Kabinetinin sorğusuna əsasən Azərbaycan Konstitusiya Məhkəməsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilib.
Konstitusiya Məhkəməsinin qərarına əsasən, ləğv prosesində olan “ATABank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılan və şərtləri dəyişdirilən əmanətlər qorunan əmanət hesab edilib, həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınan əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanan sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınıb.
Femida.az
Oxunub: 1144
Oxşar xəbərlər
- Bağlanan 4 bank üzrə əmanətçilərə nə qədər kompensasiya ödənilib?
- Bağlanan bankların müştərilərinə 61 milyon verildi
- Bağlanan 2 bankın əmanətçilərinə 47 milyon manatdan çox kompensasiya ödənilib
- Elman Rüstəmov: Bağlanan banklarda 680 milyon manat qorunan əmanət var
- Bağlanan banklarda pulu olanların NƏZƏRİNƏ!
- Bağlanan banklarda əmanəti qalanlara ŞAD XƏBƏR: PULLAR ÖDƏNİLİR (RƏSMİ)
- Bağlanan bankın kreditorlarına müraciət edildi
- Bağlanan bankların əmlakları hərracda satıldı
- Bağlanan 9 bankın əmlakı satışa çıxarıldı - Ev, maşın, torpaq...
- Bağlanan bankların binası satışa çıxarılır