Prezident fərman imzaladı


15:45     17 Avqust 2020 ilham%20eliyev%20ferman.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Femida.az xəbər verir ki, dəyişikliklə İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı genişləndirilib.

Belə ki, İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1.11-ci bəndinə hər iki halda “orqanların” sözündən sonra “və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin” sözləri əlavə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 8960