Yeni təhsil formasında müəllimlərin maaşı necə hesablanacaq?


19:37     17 Avqust 2020 valyuta_manat_0257.jpg

Hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri yoxdur.


Femida.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib. Onun sözlərinə görə, mövcud layihədə dərs saatlarının bir hissəsi məktəbdə, digər hissəsi onlayn keçiriləcək: "Ənənəvi tədris planları qalacaq. Burada müəllimlərin əməkhaqqında heç bir azalma nəzərdə tutulmur".

Qeyd edək ki, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, ümumilikdə hər iki region, yəni "sarı" və "narıncı" zona üçün hibrid formada dərslərə qoşulma təklif edilir. Nəzəriyyə hissəsi, izaha ehtiyac olan hissə virtual formada, praktik hissə isə məktəbdə daha az sayda şagirsdərlə təşkil oluna bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 1251