Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 93 nəfər Azərbaycan vətəndaşı saxlanılıb


11:45     18 Avqust 2020 20_08_18_1597736865.jpg


Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə prosesləri uğurla davam edirsə, deməli, sərhədlərimizin mühafizəsinin səviyyəsi də yüksələn xətlə inkişaf etməkdədir.

Femida.az -ın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib.

Onun sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə sərhədçilər tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 19 nəfər və əlaqədə şübhəli bilinən 93 nəfər Azərbaycan, 28 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 98 şəxs saxlanılıb, 409 nəfərin şəxsiyyəti müəyyən edilib.

Bundan başqa, qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 173 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

"Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti, göstərdikləri rəşadət və qəhrəmanlıqlar durur",- deyə Elçin Quliyev bildirib.

Femida.az

Açar sözlər: #DSX   #sərhəd   #femida  

Oxunub: 1804