Düşmənlə təmas xəttində 89 müasir sərhəd məntəqəsi istifadəyə verilib


12:33     18 Avqust 2020 20_08_18_1597739634.jpg


"Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində bilavasitə düşmənlə təmas xəttində sərhədçilərimiz üçün 89 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, 4 hərbi hissə kompleksi tikilərək istifadəyə verilib, bir hərbi hissə kompleksi və 3 sərhəd məntəqəsində isə tamamlama işləri aparılır".


"Report" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib.

"Xidməti ərazilərdə düşmən tərəfindən törədiləcək istənilən təxribatın qarşısını almağa imkan verən əlverişli xidmət şəraitinin yaradılması, təhlükəsiz xidmətin təşkili, bütün cəbhəboyu ərazidə üstünlük əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, sərhəd-döyüş məntəqələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, sərhədçilərimizin ən müasir silahlarla, aşkaretmə cihazları və digər texniki vasitələrlə təmin edilməsi, mühəndis təchizatının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Bu tədbirlər sırasında bütün xidməti ərazi boyu döyüş postlarına aparan və onlar arasında yolların, həmçinin təhlükəsizliyin təmin edilməsi üçün yol boyu qoruyucu sədlərin çəkilməsi, bütün sərhəd döyüş məntəqələrinin xüsusi radiorabitə vasitələri ilə təmin edilməsi, xətti rabitə sisteminin yenilənməsi, sərhəd döyüş məntəqələrində yüzlərlə videomüşahidə kameralarının və günəş paneli sistemlərinin quraşdırılması xüsusi qeyd edilməlidir", - DSX rəisi bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1105