"ASAN xidmət"in səlahiyyətləri artırılıb
13:09 18 Avqust 2020
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Femida.az xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni vəzifə həvalə edilir.
Belə ki, əsasnaməyə yeni əlavə edilən 3.1.11-1-ci yarımbənddə "ASAN xidmət"ə dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatları və sistemlərinin “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək vəzifəsi tapşırılıb.
Femida.az
Oxunub: 2703
Oxşar xəbərlər
- ASAN xidmətin sədri media orqanlarının rəhbərləri ilə görüşdü
- ASAN-ın Çağrı Mərkəzi gücləndirilmiş rejimdə işləyir
- ASAN-ın rəhbəri vətəndaşlara müraciət etdi
- ASAN Qlobal Veb Forum başa çatdı
- ASAN Qlobal Veb Forumun açılış sessiyası olub
- ASAN könüllüləri tənha yaşayan xəstələrə dərmanlar payladı
- ASAN xidmət onlayn tərcümə xidmətini istifadəyə verib
- ASAN-ın təqaüdçü könüllüləri tamaşa göstərdi
- ASAN-ın təqaüdçü könüllüləri tamaşa göstərəcək
- ASAN Xidmət Masallıda "Yay festivalı" keçirdi