Pandemiya dövründə bu sahədə gəlirlər artıb


13:42     18 Avqust 2020 manat35.jpg

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 3 faiz artaraq 1 milyard 232,1 milyon manat təşkil edib.

Femida.az-ın məlumatına görə, göstərilmiş xidmətin 72 faizi əhali tərəfindən istehlak olunub. Bu sahədə əldə edilmiş gəlirin 80,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 42 faizi və ya 517,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.


Femida.az

Açar sözlər:

Oxunub: 1156