Mülki Məcəlləyə dəyişiklik edildi
00:00 24 May 2015
Azərbaycan Prezidenti İlham Əliyev Mülki Məcəlləyə dəyişikliklər edilməsi ilə bağlı sərəncam imzaladı.
Femida.az-ın məlumatına görə, sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Oxunub: 2051
Oxşar xəbərlər
- Mülki Prosessual Məcəllədə dəyişiklik edildi
- Mülki Prosessual Məcəllədə dəyişiklik
- Mülki Prosessual Məcəlləyə yeni maddə əlavə edildi
- Mülki aviasiya işçilərinin peşə bayramıdır
- Mülki Məcəllədə dəyişikliklər təsdiqləndi
- Mülki polis, döyülən polkovnik - HƏFTƏLİK XRONİKA
- Mülki polis sisteminə keçirik?
- Mülki silah əldə etməyin qaydaları dəyişdirildi
- Mülki Məcəllədə dəyişiklik edildi